...

Bahar Muradova: Qərbi Avropada hər şey heç də bizim düşündüyümüz kimi şəffaf deyil

Siyasət Materials 7 May 2015 12:45 (UTC +04:00)
Dünyada hər bir ölkənin, inkişafa yenicə qədəm qoymuş, inkişafda etməkdə olan ölkələrin çatmaq istədikləri məqsəd qərbi Avropanın dəyərlərinə malik olmaq idisə, bu gün artıq bu istəklərdə bir çoxlarımız yanıldığımızı düşünürük.
Bahar Muradova: Qərbi Avropada hər şey heç də bizim düşündüyümüz kimi şəffaf deyil

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

"Dünyada hər bir ölkənin, inkişafa yenicə qədəm qoymuş, inkişaf etməkdə olan ölkələrin çatmaq istədikləri məqsəd qərbi Avropanın dəyərlərinə malik olmaq idisə, bu gün artıq bu istəklərdə yanıldığımızı düşünürük".

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyası tərəfindən təşkil edilən "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zaman deyib.

B.Muradova bildirib ki, qərbi Avropada hər şey heç də bizim düşündüyümüz kimi şəffaf deyil: "Məsələlərin mahiyyətinə vardıqca, proseslərdən görürük ki, can atdığımız dəyərlər heç də uzaqda deyil, özümüzdədir, milli mənəvi dəyərlərimizdədir, tarixi keçmişimizdədir və gələcəyə baxışımızdadır".

Vitse-spiker qeyd edib ki, bu gün dünyada, Avropada və inkişaf etmiş ölkələrdə anti-türk, anti-islam, islamafobiya kimi meyllər mövcuddur: "Yenicə müstəqilliyini əldə etmiş dövlətlərin müstəqil siyasət yürütməsi, müsəlman və türk dövlətlərinin inkişafı dünyada qısqanclıqla qarşılanır. Biz başa düşürük ki, dünyanı maraqlar idarə edir. Bu baxımdan Azərbaycanın müstəqil siyasət aparması, güclənməsi, inkişaf etməsi dünyanı öz maraqlarına uyğun idarə etmək istəyənlərin qarşısında bir maneədir".

B.Muradova bildirib ki, belə bir mühitdə qarşına qoyduğun məqsədə çatmaq üçün düzgün yol seçməlisən: "Məhz ümummilli lider Heydər Əliyev bu yolu düzgün seçdi və bu istiqamətdə gedən Azərbaycan bu gün güclənmiş ölkəyə çevrildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti