...

Hicran Hüseynova: Ümummilli lider Heydər Əliyev qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi sayıb

Siyasət Materials 10 May 2015 15:00 (UTC +04:00)
“Danılmaz faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə qaldırılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır”.
Hicran Hüseynova: Ümummilli lider Heydər Əliyev qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi sayıb

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İlhamə İsabalayeva/

"Danılmaz faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə qaldırılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır". Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının çap etdiyi "Azərbaycan müasir dünyada" kitabındakı məqaləsində deyib.

Komitə sədri bildirib ki, ümummilli lider qadınların idarəetmə və hakimiyyətin bütün sahələrində irəli çəkilməsini vacib bilib: "O, qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi sayıb və qarantı olub, milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb".

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olub: "1995-ci il sentyabrın 4-dən 15-dək BMT-nin təşəbbüsü ilə Pekində keçirilən qadın məsələlərinə dair IV Ümumdünya Konfransında qadınlarımızın iştirakı müasir qadın hərəkatına yeni nəfəs gətirdi: "O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Buna görə də ümummilli lider Heydər Əliyev "IV Ümumdünya Qadın Konfransına hazırlqıla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" 15 sentyabr 1994-cü il tarixli fərman imzaladı. Prezident Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin sədrlik etdiyi Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunurdu. Ulu öndər Heydər Əliyev bu məsələni xüsusi nəzarətdə saxladı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan Azərbaycan qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Konfransda qadın və təhsil, sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınların insan haqları, qərar qəbuletmədə qadınların rolu və bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirildi".

H.Hüseynova ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində dövlətimizin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiyanı (CEDAW) ratifikasiya etdiyini deyıb: "Müstəqilliyini yeni bərpa etmiş ölkə olmağımıza, mürəkkəb vəziyyətdə yaşamağımıza baxmayaraq, daha bir mühüm beynəlxalq konvensiyaya qoşulduq. "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiyaya qoşulmaq həmin dövr üçün böyük siyasi iradə tələb edirdi və ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində dövlətimiz bu Konvensiyanı ratifikasiya etdi. Bununla əlaqədar olaraq Azərbaycan hökuməti dövlətlərarası hesabatlar verir. Artıq hər hesabatdan sonra verilən tövsiyələrin ayının az olması onu göstərir ki, Azərbaycan hökuməti və dövləti qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün qadınlara kişilərlə bərabər imkan və hüquqlar yaradır".

Komitə sədri bildirib ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir: "Bu, bütün sahə və istiqamətləri əhatə edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilib. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdı. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bunlar sadəcə quru rəqəmlər deyil. Bu gün biz qaçqın və məcburi köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd edirik. Bütün bu çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti