...

Bruklin meriyası Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Siyasət Materials 15 May 2015 12:09 (UTC +04:00)
Bakıda səfərdə olan Bruklin meriyasının nümayəndə heyəti Azərbaycan ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Bruklin meriyası Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Səba Ağayeva/

Bakıda səfərdə olan Bruklin meriyasının nümayəndə heyəti Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Perspektiv əməkdaşlıq sahələri kimi turizm, mədəniyyət, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin inkişafı sahələri hesab olunur. Bu barədə cümə günü Trend-ə Bruklinin Azərbaycan diasporunun nümayəndəsi Marietta Rozental bildirib.

Marietta Rozentalın başçılıq etdiyi nümayəndə heyətinə şəhər meriyasından başqa nümayəndələr də daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Bakının Səbail rayonu icra hakimiyyətinin başçısı, həmçinin "AZAL" QSC təmsilçiləri ilə də görüş keçirməyi planlaşdırır.

Nümayəndə heyəti Azərbaycan Prezidentinin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında 2015-ci il mayın 18-19-da Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti