Əli Həsənov: Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib

Əli Həsənov: Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Medhiyev/

"Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür". Trend-in məlumatına görə, bunu "The Business Year: Azerbaijan - 2015" xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dünyanın gündəminin formalaşmasında bilavasitə iştirak edən müasir informasiya resursları da bu nümunəni göstərmək, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bölüşmək missiyasını prioritet vəzifələrdən biri hesab edirlər: "Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də vardır ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini özlərinə cəlb edirlər. Konkret olaraq Azərbaycan haqqında danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir".

Prezidentin köməkçisinin sözlərinə görə, cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər: "Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə III Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir".

Ə.Həsənov çıxışında vurğulayıb ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır: "Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcəkdir. I Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülmüş və bütün işlər vaxtında başa çatdırılmışdır. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaqdır.

Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir".

Ə.Həsənov hesab edir ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış "The Business Year" nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir: "Qeyd etmək istərdim ki, "The Business Year" dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış "The Busines Year" nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirmişdir. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə "The Business Year" şirkəti Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyada "İlin Prezidenti" elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olmuşdur. Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində, aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılmış və bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün formalaşmasına öz əməli töhfəsini vermişdir".

Prezidentin köməkçisi qeyd edib ki, nəşrin builki layihəsi olan "The Business Year: Azerbaijan - 2015" xüsusi buraxılışı I Avropa Oyunlarına həsr edilib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, I Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunmuş və təhlil edilmişdir. Eyni zamanda, I Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti, Oyunların təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Xüsusi buraxılışda Monako Şahzadəsi II Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin müsahibələrində ölkələrarası münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin əhəmiyyətli hissəsini təşkil edən dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin müsahibələrində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, biznes və investisiya mühiti, sahibkarlıq subyektlərinin fəaliyyəti barədə geniş məlumat verilib.

Hesab edirəm ki, "The Business Year: Azerbaijan - 2015" nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq".

Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb
Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb
Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb
Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb
İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib
İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib
Loading Bars
Xəbər lenti
BNA sərnişindaşıma şirkətlərinə tapşırıq verdi
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 651 nəfər COVID-19-dan sağalıb, 17 nəfər vəfat edib
Azərbaycanlı futbolçu sənəd probleminə görə Yunanıstan klubuna keçə bilməyib
Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət olmalıdır – Baş infeksionist
Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb
Reabilitasiya vasitələri ilə təminat sisteminin əhatə dairəsi genişləndirilir
“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada (FOTO)
Təhsil naziri Gəncə Dövlət Universitetinin tələbə yataqxana kompleksinin açılışında iştirak edib (FOTO)
Distant təhsil tələbi ləğv olunub və əyani təhsilə keçid müəyyən edilib - QƏRAR
Cəzaçəkmə müəssisələrinə corabın içində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)
Mətbuatda dərc olunan iradlar əsassızdır - AHİK
Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir
Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evi açılıb (FOTO)
Azərbaycan erməni əsilli vətəndaşları reinteqrasiya etmək əzmindədir - XİN başçısı
Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır
Beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir - Ceyhun Bayramov
Ermənistan danışıqları əngəlləmək taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir - Nazir
Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib
Bakı əhalisinin rəsmi sayı açıqlanıb
Hindistan baş nazirinin təyyarəsi son üç ildə ilk dəfə Pakistanın hava məkanına buraxılıb
“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək türkiyəli hərbçilər Azərbaycana gəlib (FOTO)
Ukraynada müəllim və məmurların məcburi vaksinasiyası təklif olunub
Qərbin anti-Azərbaycan qüvvələri öz çirkin əməllərindən əl çəkmir - TƏHLİL
5 nömrəli TSEK-in rüşvət alan sabiq sədrinə 10 il cəza verildi
Azərbaycan və Belarus hərbi tibb mütəxəssisləri arasında işçi görüşü keçirilib (FOTO)
Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb (FOTO)
Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı
Arvadını sosial şəbəkədə başqası ilə danışdığı üçün öldürən şəxsə hökm oxundu
Allahşükür Paşazadə iranlı din xadiminə cavab verdi
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək
XİN-in sabiq idarə müdirinin məhkəməsində şahidlər ifadə verib
Qaxda ictimai nəqliyyatda tibbi maska taxmayanlar cərimələnib (FOTO)
“Nar” Tərtər və Füzuli məktəbinin birincilərini məktəb ləvazimatları ilə təmin edib (FOTO)
Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb
Azərbaycan Beynəlxalq Bankı İnvestisiya Holdinqinin idarəetməsinə verildi
ÜST Dövlət Gömrük Komitəsinə 300 min tibbi maska təhvil verib (FOTO)
Azərbaycanın regionda lider rolunu qəbul edə bilməyən dairələr ölkəmizdəki milli birlikdən dərin narahatlıq keçirir - Elçin Mirzəbəyli
“Azər-Türk Bank” və Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
“Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib - SƏRƏNCAM
Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi
Parlamentdə işğaldan azad olunmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təkliflər səsləndirilib
Prokuror Əli Kərimlinin terrorçuluqda təqsirləndirilən mühafizəçisinə 15 il cəza istədi
AccessBank-ın mikro portfeli 67% faiz artıb
PAŞA Bank “Mind Movers” inkişaf platforması çərçivəsində Azərbaycan bazarı üçün unikal olan "Müştəri Meneceri məktəbi" layihəsinə start verib (FOTO)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib
Türkiyə MMN "Texnofest-2021”də Azərbaycan qırıcılarının uçuş görüntülərini təqdim edib (VİDEO)
Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb
AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqladı
Qars müqaviləsinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb (FOTO)
Arıların məhsuldarlığını artıracaq qurğunun sınaqları uğurlu olub (FOTO)
İranda koronavirusdan ölənlərin sayı azalıb
Azərbaycanda verilən halal sertifikatı halal standartına uyğundurmu? - AÇIQLAMA
Xırdalanda restoranda yanğın olub
AQTA 50 sahibkarlıq subyektini qida təhlükəsizliyi qeydiyyatına alıb
10-dan çox kafe və restoranda pozuntular aşkarlanıb
Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlandı
AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb (FOTO/VİDEO)
Hərbi hissələrə, məktəb və xəstəxanalara oduncaq tədarük edilib
Uşaqlar bizim gələcəyimizdir, bu gün onların ilk dərs günündə Zəfərdən danışılır - Deputat
Saxta COVİD pasportu alanlar məsuliyyətə cəlb edilə bilər - DİN-dən XƏBƏRDARLIQ
Çıraq platformasında hasilat müvəqqəti dayandırılıb
Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir - Vüqar Rəhimzadə
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gəncənin Kəpəz rayonunda keçirilib (FOTO)
Rusiyada təyyarə radarlardan itib
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı ECMO-ya qoşuldu
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Qazax sakini minaya düşərək həlak olub
Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb
"Yeni Klinika" Elnur Əşrəfoğlunun son vəziyyətini açıqlayıb
Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər (FOTO)
Millət vəkili Naqif Həmzəyev vətəndaş qəbulu keçirib (FOTO)
"Həqiqətin onomastikası" kitabı rus, ingilis və fransız dillərinə tərcümə olunur - Kamal Abdulla (FOTO)
Asiya İnkişaf Bankı Azərbaycanın cari əməliyyatlar hesabı ilə bağlı proqnozunu yüksəldib
Bakıda 20 gündür itkin düşən uşaq tapılıb (FOTO)
Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə çatıb
Abşeron dairəvi dəmir yolu xətti ilə bu ay nə qədər sərnişin daşınıb?
Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər (ÖZƏL)
Sabah yağış yağacaq, külək əsəcək
Ukrayna prezidentinin müşavirinə sui-qəsd olub
Azad olunan torpaqlarda əhalinin məskunlaşması əmlak bazarına necə təsir edəcək? - AÇIQLAMA
Ombudsman Aparatı yeni dərs ili ilə bağlı müraciət yayıb
Müəllimlər üçün növbəti vakansiya seçimi başlayır
Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO)
“Həftə” bazarında qanunsuz ət satışı dayandırılıb
Bakıda daha bir yeni yerüstü piyada keçidi inşa edilib (FOTO)
Ticarət mərkəzləri və keçidlərdə maskadan istifadəyə nəzarət gücləndirilib (FOTO/VİDEO)
Ət kəsimi məntəqələri hansı tələblərə cavab verməlidir? - AÇIQLAMA
Azərbaycan nefti bir dollar ucuzlaşıb
Azərbaycanda geoloq alim vəfat edib
Yol polisi təhsil müəssisələrinin yerləşdiyi əraziləri nəzarətə götürdü
Azərbaycan Təhsil Şəbəkəsinə sürətli fiber-optik bağlantıya keçid edən müəssisələrin sayı artırılır
Azad olunmuş ərazilərin qazlaşdırılması konsepsiyaya uyğun olaraq aparılacaq - "Azəriqaz"
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının artım proqnozunu yüksəldib
Birimiz hamımız üçün peyvənd olunaq (VİDEO)
Bu kartın sahibləri 8 ayda 3 milyon manatdan çox keşbek qazanıb!
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
Bütün xəbərlər