...

Vladimir Putin: Rusiya Azərbaycanla bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da təmin edəcək

Siyasət Materials 27 May 2015 12:03 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Vladimir Putin: Rusiya Azərbaycanla bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da təmin edəcək

Azərbaycan, Bakı, 27 may /Trend/

"Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik". Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik. Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti