...

İlham Әliyev Monteneqronun Prezidenti ilə görüşüb

Siyasət Materials 12 İyun 2015 10:53 (UTC +04:00)
İyunun 12-dә Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev birinci Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün ölkәmizә sәfәrә gәlәn Monteneqronun Prezidenti Filip Vuyanoviçlә görüşüb.
İlham Әliyev Monteneqronun Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyunun 12-dә Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev birinci Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün ölkәmizә sәfәrә gәlәn Monteneqronun Prezidenti Filip Vuyanoviçlә görüşüb.

Trend-in məlumatına görə, görüşdә ölkәlәrimiz arasında әmәkdaşlığın yüksәk sәviyyәdә olduğu qeyd edildi, bu әlaqәlәrin daha da genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi üçün maraq vә imkanların mövcudluğu vurğulandı. Birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirildi.

Ermәnistan-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı danışıqlar prosesi әtrafında fikir mübadilәsi aparıldı. Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә etdilәr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti