...

Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpası üçün 3 milyon manat ayrıldı

Siyasət Materials 17 İyul 2015 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpası üçün 3 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti