...

Mübariz Əhmədoğlu: “Yeni Ermənistan” Rusiyanı Suriyada humanitar fəlakətin səbəbkarı hesab edir

Siyasət Materials 19 Oktyabr 2015 10:34 (UTC +04:00)
Ukraynadakı ermənilər “Yeni Ermənistan” (YER) adlı təşkilat yaradıblar. Rəhbəri milliyyətcə erməni, “Ukraynanın Beynəlmiləl partiyası”nın rəhbəri, imkanlı biznesmen Amram Petrosyandır. A.Petrosyan dünyada olan ermənilərin adından humanitar yardım topladı. Yardımı Suriyaya çatdırmaq üçün RF-ın Fövqəladə hallar naziri Vladimir Puçkova müraciət etdi.
Mübariz Əhmədoğlu: “Yeni Ermənistan” Rusiyanı Suriyada humanitar fəlakətin səbəbkarı hesab edir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Ukraynadakı ermənilər "Yeni Ermənistan" (YER) adlı təşkilat yaradıblar. Rəhbəri milliyyətcə erməni, "Ukraynanın Beynəlmiləl partiyası"nın rəhbəri, imkanlı biznesmen Amram Petrosyandır. A.Petrosyan dünyada olan ermənilərin adından humanitar yardım topladı. Yardımı Suriyaya çatdırmaq üçün RF-nin Fövqəladə hallar naziri Vladimir Puçkova müraciət etdi.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, A.Petrosyan Suriyaya RF-nin humanitar addımını beynəlxalq miqyaslı aksiyaya çevirməklə, onu siyasiləşdirir və RF-nin Suriyadakı hərbi əməliyyatlarını əlavə tənqid obyektinə çevirir: "Bu RF-yə qarşı təxribat kimi qiymətləndirilməlidir: RF Suriyada hərbi əməliyyatlara başlayıb və bu əməliyyatlar beynəlxalq miqyaslı humanitar yardıma zərurət yaradıb".

Politoloq qeyd edib ki, Suriya hadisələrini izləyənlər "YER"-in bu addımını şantaj və ya təxribatdan başqa cür qiymətləndirə bilməz: Suriyanın humanitar faciəsinin pik dövrü arxada qalıb. Suriyadakı ermənilər iki il bundan qabaq Hələbdə qışda acından və soyuqdan ciddi əziyyət çəkirdilər. Səsləri hər yerə çatdı. Heç kim yardım etmədi. Bütün ermənilərin katolikosu II Qareginin şəxsi hesabında bir milyon dollar olsa da, yardım etmədi. Nəticədə Suriyada 80 minlik erməni icmasından cəmi 15-16 mini qalıb".

Mərkəz rəhbəri bildirib ki, məsələnin siyasi tərəfi daha çox şey deyir:
- Rusiya Türkiyə ilə Suriyanın sərhəddində yerləşən, əhalinin yarısı ermənilərdən ibarət olan Kəsab hadisələrində ermənilərin mövqeyinə tam dəstək verdi. Kəsab şəhərini "anklav" adlandırdı. Rusiyanın təhriki ilə KTMT Kəsab hadisələrinə münasibət bildirdi.
Rusiya Ermənistana Suriyaya-Kəsaba sülhməramlılar yeritməyə çağırdı".

M.Əhmədoğlu sonra vurğulayıb ki, hər yerə sülhməramlılar yeritməyə hazır olan Ermənistan Kəsaba sülhməramlılar yeritməkdən imtina etdi: "Ermənistandan Kəsaba döyüşməyə gedənləri "Zvartnots" aeroportunda həbs etdi. Prezident S.Sərkisyan Suriya məsələsində Ermənistanın neytrallığını bəyan etdi. Bir qrup erməni eksperti Kəsab hadisələrindəki Rusiyanın mövqeyini Ermənistanın Ukrayna hadisələri ilə bağlı BMT Baş Assambleyasında tutduğu mövqenin əvəzini ödəmə kimi dəyərləndirdilər. Lakin əksər erməni ekspertləri Rusiyanın bu məsələdəki mövqeyini antierməni mövqe kimi dəyərləndirdilər. Rusiya Kəsab hadisələrində Ermənistana dəstək verməklə onun Qərbdəki müttəfiqləri arasında izolyasiya yaradır".

Politoloq hesab edir ki, Kəsab hadisələrindən çıxan ən mühüm nəticə Serj Sərkisyanın Rusiyanı rədd etməsi, neytrallıq elan eməklə Qərbi seçməsi oldu: "Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Suriya və Livana səfər etdi. Katolik, protestant pravoslav olmasından asılı olmayaraq bütün xristian icmalarının rəhbərləri və ya təmsilçiləri onun təşkil etdiyi görüşdə iştirak etdi. Yalnız erməni dini icmasının təmsilçiləri iştirak etmədilər".

M.Əhmədoğlunun sözlərinə görə, həmin dövrdə Suriyadkı ermənilərin vəziyyətinin təhlükəli olnması aktiv müzakirə mövzusu idi: "Suriya erməniləri Rusiyanın Suriyadakı səfirinin təşkil etdiyi görüşdə iştirak etsələr də, onun əməkdaşlıq təklifini rədd etdilər.
"Yeni Ermənistan"ın təmsilçiləri aktiv siyasətdə olsalar da, bu məsələlərə münasibətləri görünmədi. Ukrayna ermənilərinin Rusiya-Ukrayna qarışdurmasında aydın mövqeləri olmadı. Ukraynanın Daxili işlər naziri, milliyyətcə erməni A.Avakov Roma Papası "erməni soyqırımı" XX əsrin birinci soyqırımı elan edib, onu faşizm və stalinizmlə bir sıraya qoyan kimi Vatikana getdi. Vatikanda ermənilərin imkanlarından istifadə edib Roma Papasının qolodomora münasibət bildirməsini istədi. Ehtimal ki, razılaşma var. Haçansa bəyan ediləcək. Ukraynadakı ermənilər bu məsələdə də susdular".

Politoloq sonra qeyd edib ki, "YER"-in Rusiyaya münasibəti sağlam olsaydı, Suriada və Ukraynada bu məsələlərə münasibət bildirərdi: "Ola bilər, "YER" qərbin sifarişini yerinə yetirir. Rusiyanı şərləmək üçün Suriyanın beynəlxalq miqyaslı humanitar yardıma zərurətini aktuallaşdırır. Ukrayna ermənilərinin RF-yə qarşı bu təxribat addımına informasiya dəstəyini verən isə Rusiyanın rəsmi dövlət informasya agentliyi hesab edilən "Novosti BİA" oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti