...

İlham Əliyev Elxan Süleymanovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi

Siyasət Materials 5 Dekabr 2015 17:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Süleymanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Elxan Süleymanovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Süleymanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının parlamentlərarası əlaqələrinin genişləndirilməsində fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti