...

Ankarada Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib (FOTO)

Siyasət Materials 27 Fevral 2016 00:13 (UTC +04:00)
Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində 26 fevral 2016-cı il tarixində Ankaranın Keçiörən rayonunda yerləşən Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilmişdir.
Ankarada Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində 26 fevral 2016-cı il tarixində Ankaranın Keçiörən rayonunda yerləşən Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilmişdir.

Azərbaycanın Türkiyədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, açıq havada həyata keçirilən geniştərkibli tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamış, ilk olaraq Türkiyə Respublikası Baş Nazirinin Müavini Lütfi Elvan, Gənclər və İdman Naziri Akif Çağatay Kılıç və digərlərinin tədbirə ünvanladıqları erməni vəhşiliyini pisləyən mesajları oxunmuşdur.

Ardından Keçiörən rayon bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar çıxış etmişdirlər. Çıxışlar zamanı Xocalıda 24 il əvvəl törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistlərinin cəzalarını çəkmələrinə dair məqamlar vurğulanmışdır.

Tədbirdə, Səfirliyimizin əməkdaşları, Ankarada təhsil alan kursant və tələbələrimiz, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri və Keçiörən rayon sakinləri iştirak etmişlərdir.

Tədbir zamanı Xocalı şəhidlərini simvol edən şarlar havaya bıraxılmışdır.

Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Ankarada keçirilən tədbirlər gün ərzində də davam etmişdir.

İlk olaraq Qazi Universitetində İncəsənət Fakültəsi və universitet nəzdində fəaliyyət göstərən Türk Sənəti Cəmiyyətinin birgə təşkilatçılığı ilə "613" adlı tədbir təşkil olunmuşdur. Tədbir zamanı toplanan rəssamlar əsərlərini qara rəngə boyayaraq bununla 613 Xocalı şəhidini və onların geridə qalan həyatlarındakı qaranlığı bir anlıq da olsa ortaq olmağa çalışmışdırlar. Həmin gün ərzində qaraya boyanmış bu əsərlərin sərgisi keçirilmişdir. Tədbir zamanı Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov çıxış edərək belə bir layihənin həyata keçirilməsinin təqdirə layiq olduğunu və keçirilən sərgi vasitəsilə Xocalı Soyqırımına dair həqiqətlərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətli bir amil olduğunu vurğulamışdır.

Eyni gün ərzində Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı təşkil olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin kollektivi Ankarada 17 fevral 2016-cı il tarixində 29 nəfərin ölümü ilə nəticələnən terror aktının baş verdiyi əraziyə gedərək terror aktı qurbanlarının xatirəsini yad etmişdirlər. Buna əlavə olaraq, Ankarada yerləşən mötəbər Panora ticarət mərkəzində Səfirlik və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı afişa sərgisi təşkil olunmuşdur.

Xəbər lenti

Xəbər lenti