...

Siyavuş Novruzov: Hesabat verməyən partiyaların ləğvi məsələsi gündəmə gətirilməlidir

Siyasət Materials 4 Mart 2016 17:43 (UTC +04:00)
“Özünü müxalifət partiyası adlandıran, lakin ümumiyyətlə müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən bir sıra qruplar maliyyə hesabatı verməkdən boyun qaçırırlar”.
Siyavuş Novruzov: Hesabat verməyən partiyaların ləğvi məsələsi gündəmə gətirilməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

"Özünü müxalifət partiyası adlandıran, lakin ümumiyyətlə müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən bir sıra qruplar maliyyə hesabatı verməkdən boyun qaçırırlar".

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edildikdə həm dövlət büdcəsindən maliyyələşən, həm də maliyyələşməyən siyasi partiyaların ianə və üzvlük haqları haqqında Mərkəzi Seçki Komissiyasına hesabat verilməsi məsələsi qoyulmuşdu: "MSK-nın veb-saytında da yerləşdirilir ki, istər ictimaiyyət, istərsə də həmin təşkilatların üzvləri bilsinlər ki, nə qədər vəsait toplanır, nə qədəri ödənilir, gəlirlər hara sərf olunur. Qanun qəbul olunmamışdan əvvəl də Yeni Azərbaycan Partiyası ildə bir dəfə bu hesabatı ictimaiyyətə təqdim edirdi. Partiyanın İdarə Heyəti gəlir və xərcləri barədə qərar təsdiq olunduqdan sonra mətubat orqanlarında geniş dərc olunurdu. Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran, lakin ümumiyyətlə müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar. Başqa vaxt aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan insanlar təəssüf ki, söhbət öz maliyyə mənbələrindən düşəndə şəffaflıq yaddan çıxır".

S.Novruzovun sözlərinə görə, bir sıra partiyalar ağ kağız göndərirlər ki, maliyyə dövriyyələri olmayıb: "Yəni nə gəlirimiz, nə xərcimiz var. Nəzər salanda görürsən ki, qərargahında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər, lakin hesabat verməkdən boyun qaçırırlar. Çünki hesabatları şəffaf deyil. Bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər. Xarici ölkələrdən, hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdan ibarətdir. Gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da gücləndirilməli və ya qanuna başqa maddə əlavə etməliyik ki, il ərzində maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilməlidir. Hesabatları şəffaf olmayan təşkilatların nələrlə məşğul olduqları məlumdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti