...

Nazim İbrahimov: Bakı son illər siyasi fikir mərkəzinə çevrilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Mart 2016 10:59 (UTC +04:00)
Bakı son illər siyasi fikir mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov deyib.
Nazim İbrahimov: Bakı son illər siyasi fikir mərkəzinə çevrilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:47-də yayılıb)

Bakı. Trend:

Bakı son illər siyasi fikir mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov deyib.

N.İbrahimov qeyd edib: "Bir çox nüfuzlu beynəlxalq beyin mərkəzləri və təşkilatlar öz tədbirlərinin keçirilməsi üçün Bakını məkan olaraq seçirlər. Məhz Bakıda müasir dünyada mövcud olan çağırışların həlli yolları, münaqişələrin nizamlanması məsələləri müzakirə edilir, dünyanın idarə olunması metodları müəyyən edilir".

IV Qlobal Bakı Forumu bu həftə Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi keçiriləcək.

N.İbrahimovun sözlərinə görə, bu il forumun təşkilində İnter-Action Council kimi Kanada təşkilatı iştirak edir.

Tədbirdə 300-ə yaxın nümayəndə, o cümlədən Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri, siyasi xadimləri iştirak edəcək.

IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti