...

Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb

Siyasət Materials 14 Mart 2016 18:41 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin rəhbərlik etidyi nümayəndə heyəti ilə görüşüb.
Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin rəhbərlik etidyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, N.İbrahimov nümayəndə heyətini salamlayaraq bu görüşlərin artıq ənənəvi hal aldığını və Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın göstəricisi olduğunu bildirib: "Amerika Yəhudi Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir".

Dövlət Komitəsinin sədri qonaqları Azərbaycanda keçirilən IV Qlobal Bakı Forumu ilə bağlı məlumatlandırıb, bir çox məsələlərin müzakirəsi üçün siyasi müstəviyə çevrilən bu Forumda dünyanın müxtəlif ölkələrindən siyasi liderlərin iştirak etdiyini vurğulayıb.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Amerika Yəhudi Komitəsinin icraçı direktoru Azərbaycana səfərindən məmnun olduğunu qeyd edib. O, IV Qlobal Bakı Forumunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. D.Harris Amerika Yəhudi Komitəsinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin icraçı direktoru D.Harrisin rəhbərliyi ilə 7 nəfərlik nümayəndə heyəti martın 13-dən Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti