Bakı. İlhamə İsabalayeva - Trend:
BMT-nin baş katibi Pan Gi Mun BMT Sivilizasiyalararası Alyansının bu il aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək. Onun proqramının təsdiq olunması üçün Bakıya xüsusi nümayəndə heyəti gələcək.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.
Nazir qeyd edib: "Biz bu səfəri gözləyirik. BMT-nin baş katibi ölkəmizə xüsusi proqramla səfər edəcək".
Ə.Qarayev qeyd edib ki, Pan Gi Munun Azərbaycana səfəri ölkəmizin xarici siyasətində əlamətdar hadisəyə çevriləcək.