...

Bir sıra ölkələrin xarici işlər nazirləri Bakıya gələcəklər

Siyasət Materials 20 Aprel 2016 13:24
Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.
Bir sıra ölkələrin xarici işlər nazirləri Bakıya gələcəklər

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məluamta görə, forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti