...

Nasir Əbdüləziz Əl-Nasir: Bakıda dünyanı narahat edən məsələlər müzakirə ediləcək

Siyasət Materials 25 Aprel 2016 11:14 (UTC +04:00)
“Biz Bakıda öz fikirlərimizi bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəlmişik. Bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirik".
Nasir Əbdüləziz Əl-Nasir: Bakıda dünyanı narahat edən məsələlər müzakirə ediləcək

Bakı. Elçin Mehdiyev - Trend:

"Biz Bakıda öz fikirlərimizi bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəlmişik. Bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirik".

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumunun açılışında deyib.

O qeyd edib ki, dünya cəmiyyəti sülhsevər istiqamətdə yaşamalıdır: "Bizim əsas işimiz mədəniyyətlərarası dialoqun tətbiqi və təşviqi olmalıdır. Hədəflərimiz inklüziv cəmiyyətlərə daha sıx olmalıdır".

Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, gənclər dəyişikliyin əsas katalizatorudur: "Ona görə də bu tədbirdə gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Gənclər birgə yaşayışı və multikulturalizmi daha geniş təbliğ edə bilərlər. Gənclər insanları həmrəylik və humanizmə daha çox yaxınlaşdıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti