...

Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Siyasət Materials 11 May 2016 16:10 (UTC +04:00)
Maltanın Baş naziri Jozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.
Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Bakı. Trend:

Maltanın Baş naziri Jozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib. Qəbulda mərkəzin fəaliyyəti, reallaşan layihələr, eləcə də qarşıda duran vəzifələr, gələcək planlar müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Malta hökumətinin dəstəyi ilə keçiriləcək layihələr geniş müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta Baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib.

Qeyd edək ki, Maltanın Baş naziri J.Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. J.Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Xatırladaq ki, J.Muskat 2013-cü ilin martından Malta hökumətinə rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti