...

Nazim İbrahimov: "Yaxın 5 ildə daha da irəli gedəcəyik"

Siyasət Materials 3 İyun 2016 15:56 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev proqram xarakterli çıxış etdi.
Nazim İbrahimov: "Yaxın 5 ildə daha da irəli gedəcəyik"

Bakı. Elçin Mehdiyev - Trend:

"Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev proqram xarakterli çıxış etdi. Hesab edirəm ki, bütün diaspor üzvləri cənab Prezidentin çıxışından sonra yaşadıqları ölkələrdə daha qətiyyətli fəaliyyət göstərəcəklər və Azərbaycanın haqq səsini bütün dünyaya daha yüksək səviyyədə çatdıracaqlar".

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında deyib.

N.İbrahimov bildirib ki, Prezident İlham Əliyev diaspor fəaliyyətinin bütün istiqamətləri barədə dəyərli fikirlər söylədi: "Cənab Prezidentin tövsiyələri ilə həm diaspor təşkilatları, həm də bu işləri koordinasiya edən dövlət qurumu kimi Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun fəaliyyətini daha da irəliyə aparacaq və Azərbaycanın haqq səsini dünyaya daha inamla çatdıracaq".

N.İbrahimov qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrində, dünyanın bir çox yerlərində müəyyən siyasi mərkəzlərin, koordinasiya mərkəzlərinin yaradılmasına nail olacaq: "Bu ideya neçə vaxtdır ki, var və bu gün də cənab Prezidentin çıxışından ruhlanaraq Avropa ölkələrində beşə qədər mərkəzin yaradılmasını istəyirik. Bu mərkəzlərin Brüssel, Paris, Berlin, həmçinin Skandinaviya ölkələrinin hər hansı birində yaradılması nəzərdə tutulur. Bilirsiniz ki, bunun üçün Dövlət Komtəsinə cənab Prezidentin ehtiyat fondundan vəsait də ayrılıb. Cənab Prezident bu gün də bəyan etdi ki, dövlət bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Qurultayda səslənən fikirləri daha da konkretləşdirib yaxın 5 ildə biz daha da irəli gedəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti