...

Argentina Senatında Azərbaycanla Dostluq Qrupu yaradılıb

Siyasət Materials 9 İyul 2016 12:29 (UTC +04:00)
2015-ci ilin sonunda tərkibi yenilənmiş Argentina Parlamentinin Senatında Azərbaycanla Dostluq Qrupu yaradılıb.
Argentina Senatında Azərbaycanla Dostluq Qrupu yaradılıb

Bakı. Trend:

2015-ci ilin sonunda tərkibi yenilənmiş Argentina Parlamentinin Senatında Azərbaycanla Dostluq Qrupu yaradılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Argentina Senatının Xarici əlaqələr və etiqad komissiyası Azərbaycanın bu ölkədəki səfirliyinə məktub ünvanlayaraq Dostluq Qrupunun yaradılması barədə məlumat verib.

Dostluq Qrupuna əsas etibarilə iqtidar “Dəyişək” və keçmiş iqtidar “Qələbə uğrunda Cəbhə” siyasi bloklarına mənsub 8 senator daxildir və onlar Argentinanın ən böyük əyalətlərini təmsil edirlər. Qrupun rəhbəri senator Valter Barrinuevodur.

Dostluq Qrupunun tərkibi yaxın iki il üçün nəzərdə tutulub. Qrupa yaxın vaxtlarda digər senatorların da qoşulacağı gözlənilir.

Senatdan daxil olmuş məktubda Dostluq Qrupunun yaradılmasının parlamentlərarası əlaqələr üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir və bunun iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti