...

Dipolmat: Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi türist axınına təsir etməyib

Siyasət Materials 12 Avqust 2016 10:49 (UTC +04:00)
Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi türist axınına təsir etməyib.
Dipolmat: Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi türist axınına təsir etməyib

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi türist axınına təsir etməyib. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə vəziyyət sabitdir. Səfir qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır.

Dipolmat bildirib: "Fövqəladə vəziyyət Fətullah Gülən hərəkatı ilə mübarizə məqsədilə elan edilib".

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti