...

Sevinc Fətəliyeva: Multikulturalizm ideyasının zəfəri terrorizmə qarşı ən ağır zərbədir

Siyasət Materials 11 Oktyabr 2016 17:26 (UTC +04:00)
AŞ PA-nın payız sessiyasının plenar iclasından sonra Fransa Prezidenti Fransua Olland Assambleya üzvlərinin suallarını cavablandırıb.
Sevinc Fətəliyeva: Multikulturalizm ideyasının zəfəri terrorizmə qarşı ən ağır zərbədir

Bakı. Trend:

AŞ PA-nın payız sessiyasının plenar iclasından sonra Fransa Prezidenti Fransua Olland Assambleya üzvlərinin suallarını cavablandırıb.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Fransa dövlətinin başçısına belə bir sual ünvanlayıb:

“Skeptiklər bildirirlər ki, artıq multikulturalizm siyasəti tənəzzülə uğrayıb. Ancaq təcrübə göstərir ki, kökünü ümumavropa dəyərlərindən götürən multikulturalizm ideyasının zəfəri terrorizmə qarşı ən ağır zərbədir. Digər dinlərə və millətlərə qarşı rəğbətin və xoş məramın hökm sürdüyü cəmiyyətlərdə terrorizmin mənbəyi olan dözümsüzlük və nifrətin artmasına yer yoxdur. Sizcə Avropa cəmiyyətlərində multikulturalizm siyasətini terrorizmlə mübarizə vasitəsi kimi yenidən canlandırmaq olarmı? Avropa cəmiyyətlərində bunu hansı vasitələrlə etmək mümkündür?"

F.Olland Fransanın dünyəvilik modelini misal çəkərək bütün dini təriqətlərin sülh içərisində birgə yaşamasının mümkün olduğunu bildirib. Dövlət başçısı Fransada dünyəvilik prinsipinin ölkədəki bütün dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşaya bilməsinə, dini azadlıqların təmin edilməsinə imkan yaratdığını qeyd edib. Prezident, eyni zamanda dini adətlərin və qaydaların ictimai həyata təsir etməməsinin önəmini vurğulayıb, cəmiyyətlərdə qanunun aliliyinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti