...

Səfir: Fransa Azərbaycan investisiyalarına maraq göstərir (YENİLƏNİB)

Siyasət Materials 4 Noyabr 2016 11:29 (UTC +04:00)
Fransa xarici investorları, o cümlədən azərbaycanlı iş adamlarını bu ölkəyə investisiya yatırmağa çağırır.
Səfir: Fransa Azərbaycan investisiyalarına maraq göstərir (YENİLƏNİB)

Bakı. Trend:

Fransa xarici investorları, o cümlədən azərbaycanlı iş adamlarını bu ölkəyə investisiya yatırmağa çağırır.

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Səfir bildirib ki, Fransa investorlar üçün cəlbedici ölkədir: "Fransaya sərmayə qoyulması Azərbaycan üçün yaxşı təcrübə ola bilər".

Diplomatın sözlərinə görə, Azərbaycan Fransa üçün mühüm ölkədir və iki ölkə arasında sıx münasibətlər qurulub.

A.Buşez qeyd edib ki, Fransa sənaye investisiyaları planında birinci yeri tutur: "Fransa iqtisadiyyatına vəsait qoyuluşu Azərbaycana öz iqtisadiyyatını diversifikasiya etməyə, yeni təcrübə qazanmağa imkan verəcək ki, bu da qarşılıqlı faydalı ola bilər".

O əlavə edib ki, Fransaya sərmayə qoyuluşu təkcə ölkə bazarına deyil, bütün Avropa İttifaqı bazarına çıxış deməkdir: "Biz gələcəkdə də Azərbaycandakı fəaliyyətimizi genişləndirmək istəyirik".

Səfir xatırladıb ki, Azərbaycanda 40-dan çox Fransa şirkəti çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti