...

Pan Gi Mun müraciət etdi

Siyasət Materials 14 Noyabr 2016 10:40 (UTC +04:00)
Diabet bütün dünyada zəif görmənin və görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir.
Pan Gi Mun müraciət etdi

Bakı. Trend:

"Diabet bütün dünyada zəif görmənin və görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir. Bu dəyişikliklər ağrısız və tədricən baş verdiyi üçün insanlar çox vaxtı yalnız görmə qabiliyyəti ən sonda pisləşdiyi vaxt problemin meydana çıxdığını dərk edirlər. Bu mərhələdə görməni yaxşılaşdırmaq və ya bərpa etmə etmək üçün çox gec ola bilər". Trend-ə BMT-nin Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, bu fikirlər BMT Baş katibi Pan Gi Munun Diabet Günü münasibətilə müraciətində səsləndirilib.

Baş katibin müraciətində daha sonra qeyd olunur: "Buna görə də diabetdən əziyyət çəkən bütün insanların, nəyə diqqət yetirilməli olduğunu bilən və məsləhətlər vermək və müalicə təyin etmək iqtidarında olan ixtisaslı mütəxəssislərə müraciət edərək, görmə qabiliyyətinin mütəmadi yoxlanılmasını təmin etmək olduqca vacibdir. İnsan qanda olan qlükozanın miqdarına və qan təzyiqinə nəzarət edə bilirsə, o, qan damarlarında dəyişiklik riskini azalda bilər. Hətta dəyişikliklər baş verdiyi hallarda belə, müasir müalicə sayəsində dəyişiklik prosesini ləngitmək olar.

İldən ilə, əsasən əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması üzündən, diabet getdikcə daha çox yayılmış xəstəliyə çevrilir. Son 35 il ərzində diabet xəstəliyinə tutulma səviyyəsi demək olar iki dəfə artmışdır və ən çox artım az və orta gəlirli ölkələrdə baş vermişdir".

Müraciətdə qeyd olunur ki, hazırda 422 milyon insan diabetdən əziyyət çəkir: "Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə, əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailə büdcələri və ölkə iqtisadiyyatı üçün ağır fəsadlar törədir.

Bu beynəlxalq gündə, mən, hamımızı onun “Diabeti gözdən qoymayaq” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Gəlin onun profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirək ki, sağlamlığı alan bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti