...

Çexiyanın təhsil naziri Azərbaycana gələcək

Siyasət Materials 27 Yanvar 2017 10:29 (UTC +04:00)
Çexiyanın təhsil, gənclik və idman naziri Yekaterina Valaxova Bakıya səfər etməyi planlaşdırır.
Çexiyanın təhsil naziri Azərbaycana gələcək

Bakı. Yelena Kosolapova - Trend:

Çexiyanın təhsil, gənclik və idman naziri Yekaterina Valaxova Bakıya səfər etməyi planlaşdırır.

Bu barədə Trend-ə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb, lakin iyun ayında baş tutacağı gözlənilir.

Səfər çərçivəsində Y.Valaxova azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti