...

Oqtay Əsədov: Fransua Ollandın fikri erməni mətbuatı tərəfindən təhrif edilib

Siyasət Materials 14 Fevral 2017 12:26 (UTC +04:00)
Fransua Olland erməni icması ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipini qabardaraq ermənilərin tezisini aydın şəkildə təkrarladı.
Oqtay Əsədov: Fransua Ollandın fikri erməni mətbuatı tərəfindən təhrif edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Fransa Prezidenti Fransua Olland erməni icması ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipini qabardaraq ermənilərin tezisini aydın şəkildə təkrarladı. Trend-in məlumatınas görə, bunu Milli Məclisin deputatı Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

A.Quliyev qeyd edib ki, F.Ollandın bu bəyanatı Ermənistanın işğalçı siyasətinə və separatçı rejimə verilən açıq dəstəkdir:

“Təəssüflər olsun ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi mövqe daim erməniləri dəstəkləməkdən ibarət olub. Qanunsuz olaraq Dağlıq Qarabağa səfər edənlərin ən çoxu da Fransadandır, separatçı rejimlə ən çox əlaqə quran da Fransadır”.

Millət vəkili bildirib ki, Fransa Prezidentinin bu bəyanatı cavabsız qalmamalıdır, Fransaya nota göndərilməlidir: “Fransua Ollandın bu bəyanatının ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın daşıdığı mandata uyğun olmadığı bildirilməlidir”.

A.Quliyevin çıxışına münasibət bildirən O.Əsədov isə deyib ki, F.Ollandın fikri erməni mətbuatı tərəfindən təhrif edilib:

“Mən sizin dediklərinizi yaxşı başa düşürəm. Ancaq bir şeyi demək istəyirəm ki, Fransa Prezidentinin çıxışı tam tərkibdə verilməyib. Mən Səməd Seyidova tapşırdım, o da araşdırma apardı. Məlum oldu ki, Fransa Prezidentinin çıxışı erməni mətbuatı tərəfindən təhrif edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti