...

Elman Nəsirov: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərdi

Siyasət Materials 4 Aprel 2017 13:44 (UTC +04:00)
2016-cı ilin aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərdi.
Elman Nəsirov: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərdi

Bakı. Samir Əli - Trend:

2016-cı ilin aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərdi.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı: "Aprel döyüşünün ən mühüm nəticəsi ondan ibarətdir ki, bu gün Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüş münaqişənin həlli dövründə dönüş məqamı kimi qiymətləndirilməlidir. Bu hadisədən sonra Azərbaycanın danışıqlar masasında da mövqeyi kifayət qədər gücləndi. Bu döyüşün sayəsində biz təmas xəttində yüksəkliklər əldə edib cəbhə xəttində üstünlüyə nail olmuşuq".

E.Nəsirov bildirib ki, aprel hadisələri Ermənistanın ideoloji əsaslarını sarsıtdı: "Həmin hadisədən sonra Ermənistan əhalisi hələ də sarsıntı və təşviş içərisindədir. Aprel döyüşlərinə qədər Ermənistan hakimiyyətində belə bir düşüncə var idi ki, onlar Azərbaycandan üstündürlər və münaqişənin nizamlanmasında heç bir güzəştdən söhbət gedə bilməz. Amma bu hadisədən sonra Ermənistanın daxilində formalaşan bir neçə siyasi qüvvə açıq-aşkar bəyan edir ki, Ermənistanın inkişafı Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Nə qədər ki Azərbaycanla münasibətləri normallaşmayıb, Ermənistanın inkişafından söhbət gedə bilməz".

Miillət vəkilinin sözlərinə görə, Ermənistan 2016-cı ilin aprel ayında cəbhə bölgəsində təxribat törədərkən zənn edirdi ki, Azərbaycan əhalisi bu təxribatlardan qorxaraq geri çəkiləcək, kəndləri boşaldacaq: "Bu məqsədlə onlar Azərbaycanın cəbhə bölgəsində 34 kəndi hədəf seçdi. Amma onlar gördü ki, əhali Azərbaycan Ordusuna güvənir və ona dəstək olur, heç kim evini boşaltmır, əksinə hərbçilərimizlə birlikdə döyüşə qoşulmağa cəhd edir. Ermənilər gördülər ki, əhali dövlətə və hərbçilərimizə arxalanıb. Bu döyüşlər göstərdi ki, Ermənistan Ordusunda heç bir təchizat yoxdur, əsgərləri arasında ruh düşkünlüyü var və əbəs yerə döyüşdüklərini anlayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti