...

Əli Əhmədov: Azərbaycanda tikinti sektoru investisiya yatırımı baxımından ikinci yeri turur (YENİLƏNİB)

Siyasət Materials 27 Aprel 2017 10:44 (UTC +04:00)
Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çöx investisiya qoyulub.
Əli Əhmədov: Azərbaycanda tikinti sektoru investisiya yatırımı baxımından ikinci yeri turur (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çöx investisiya qoyulub.

Trend-in məlumatına görə, bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, tikinti sektoru əmək bazarında əhəmiyyətli yer tutur.

Baş nazirin müavini bildirib: "2016-cı ildə ölkə iqtisadiyyatına yatırılmış 15 milyard manat investisiyanın 11,4 milyard manatı tikinti sektoruna yönəldilib".

O, əlavə edib ki, bu vəsaitlər hesabına 1,67 milyon kvadrat metr mənzil sahəsi, 13 min mənzil tikilib.

Baş nazirin müavini bildirib: "Bütün bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə tikinti sektoruna önəmli yer ayrılır. Bunun sayəsində də tikinti sektoru inkişaf edir və möhkəmlənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti