Bakı. Anaxanım Hidayətova - Trend:
İordaniya Nümayəndələr Palatasının spikeri Atif Taraunenin səfəri zamanı Azərbaycan və İordaniya ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.
Bunu Trend-ə İordaniyanın Bakıdakı səfiri İbrahim Məhəmməd əl-Nəbaşneh deyib.
Onun sözlərinə görə, səfər mayın 9-u baş tutacaq.
Diplomat qeyd edib ki, spiker İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.