...

Ziba Norman: BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda yeni qurbanlar olacaq

Siyasət Materials 5 İyul 2017 17:44 (UTC +04:00)
Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda əvvəlki kimi dinc sakinlər arasında qurbanlar olacaq
Ziba Norman: BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda yeni qurbanlar olacaq

Bakı. Yelena Kosolapova - Trend:

Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda əvvəlki kimi dinc sakinlər arasında qurbanlar olacaq.

Bunu Trend-ə Böyük Britaniyanın Transatlantika və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Ziba Norman deyib.

Onun sözlərinə görə, BMT-nin çoxsaylı qətnamələri var və onlara əməl olunmalıdır.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti