...

Naxçıvan Dövlət Universitetinin əməkdaşları medal və fəxri adla təltif edilib (YENİLƏNİB)

Siyasət Materials 31 Oktyabr 2017 19:37 (UTC +04:00)
Prezident İlham Əliyev Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Naxçıvan Dövlət Universitetinin əməkdaşları medal və fəxri adla təltif edilib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əsgərova Qənirə İzzətulla qızı

Qulubəyli Şirməmməd Qüdrət oğlu

Mədətov Akif Vəli oğlu

Rəhimov Məmmədəli Həmzə oğlu

Rəhimov Rafiq Vilayət oğlu

Seyid Surə Namidar qızı

Zeynalov İsmayıl Əli oğlu.

Eyni zamanda Prezident İlham Əliyev Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki,

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Hacıyev Məhəmməd Şahbaz oğlu

Hüseynov Allahverdi Yaqub oğlu

Maqsudov Elbəyi Sadıq oğlu

Məhərrəmova İnara Eldar qızı

Məmmədov Əbülfəz Məmməd oğlu

Nuriyev Mübariz Əsgər oğlu

Orucova Sevinc Vaqif qızı

Rəhimov Novruzəli Həmzə oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti