Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib (FOTO)

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.

Tədbirdə Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib.

Bildirilib ki, may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibəti ilə noyabrın 14-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təşkil olunan qəbul barədə danışaraq Azərbaycan hökuməti tərəfindən layihəyə yüksək siyasi dəstəyin göstərildiyini diqqətə çatdırıb. A.Ələkbərov ölkəmizin Ümumdünya Ekspo sərgisini 2025-ci ildə Bakıya gətirməyə iddialı olduğunu qeyd edib.

Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsindən danışan A.Ələkbərov ölkəmizin bu günədək Dünya dini liderlərinin sammiti, Bakı Beynəlxalq Humanitar Forumları, Sivilizasiyalar Alyansı: 7-ci Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, “Bakı 2015” birinci Avropa oyunları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Azərbaycanın istər siyasi, istərsə də iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib.

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü oldugunu deyən A.Ələkbərov ölkəmizin 2000-ci ildən Ekspo sərgilərində iştirak etdiyini deyib. 2015-ci ildə Milan şəhərində keçirilən Ekspo sərgisində Azərbaycanın milli pavilyonunun dizayn və məzmun baxımından böyük uğurla ziyarət edildiyini, “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyonun mükafatla təltif olunduğunu bildirib. “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonunun eksteryer və interyer bağçası nominasiyasında 1-ci yerə, Astanada keçirilən “Ekspo 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisində “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan Azərbaycan pavilyonunun da “Sərgi dizaynı” nominasiyasında mükafata layiq görüldüyü qeyd edilib. Anar Ələkbərov Azərbaycanın Milan, Antalya və Astanada təşkil olunan ümumdünya sərgilərində yüksək səviyyədə iştirakına dövlətimiz tərəfindən göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Hazırda isə “Ekspo 2020 Dubay” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun qurulması üzrə hazırlıqların getdiyi qeyd olunub.

Azərbaycanın siyasi cəhətdən stabil və daim inkişafda olan olkə olduğunu bir daha vurğulayan A.Ələkbərov ölkəmizdə 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə Karate uzrə Avropa çempionatı və “Avro 2020” futbol yarışlarının qrup oyunlarının keçiriləcəyini deyib. O, ölkəmizin avtomobil yarışlarına da uğurla ev sahibliyi etdiyini deyərək, Azərbaycan Avtomobil Federasiyasının yaxından iştirakı ilə Bakıda 2016-cı ildən “Formula 1” yarışlarının təşkil olunduğunu və bu layihənin paytaxtımızda qarşıdakı illərdə də davam edəcəyini diqqətə çatdırıb. A.Ələkbərov “Ekspo 2025 Bakı” layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyini qeyd edib.

A.Ələkbərov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakının “Ekspo 2025” Ümumdünya sərgisinə dair namizədlik dosyesində bildirdiyi kimi əsrlər boyu Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi olub, Azərbaycan unikal geostrateji mövqeyi sayəsində Şərq və Qərb, Şimal və Cənub arasında siyasi, ticari və mədəni körpü olub. Beynəlxalq mədəniyyətlərarası dialoq mərkəzinə çevrilən Azərbaycanın turizm potensialı haqqında danışaraq qeyd edib ki, ölkədə əlverişli turizm infrastrukturu, o cümlədən 500-dən artıq otel mövcuddur. A.Ələkbərov bildirib ki, Azərbaycanın zəngin və qədim mədəniyyəti və unikal arxitekturası ölkəni turistlər üçün cəlbedici məkana çevirir.

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri E.Əmirbəyov çıxışında “Ekspo 2025 Bakı” layihəsi çərçivəsində bu günədək görülən işlər və 2018-ci ilin noyabr ayında keçiriləcək “Ekspo 2025” Ümumdünya sərgisinin ev sahibini müəyyən edəcək seçkilərə qədər atılacaq addımlar barədə məlumat verib. O bildirib ki, 2017-ci ilin sentyabr ayının sonlarında Bakının “Ekspo 2025” Ümumdünya sərgisinə dair namizədlik dosyesi BSB-yə təqdim edilib, növbəti on bir ay ərzində isə BSB Azərbaycan tərəfindən sərginin keçirilməsi üçün irəli sürülən mövzu və “Ekspo 2025” Ümumdünya Sərgisinin təşkili üçün hazırlanan layihə sənədi ilə yaxından tanış olacaqdır.

Elçin Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibəti ilə noyabrın 14-də Parisdə təşkil olunan qəbulda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı və çıxışını dövlətimizin bu beynəlxalq tədbirə ev sahibliyinə verdiyi böyük əhəmiyyətin təzahürü kimi qiymətləndirib. Noyabrın 15-də isə Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə ev sahibliyi etmək üçün təqdimat keçirildiyini bildirib.

“Ekspo 2025” sərgisi üçün Azərbaycanıın təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olmasından danışan E.Əmirbəyov mövzunun Azərbaycan üçün vacib və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. Onun sözlərində görə, “Ekspo 2025 Bakı” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin müzakirəsi və bəşəriyyətin xeyrinə çıxış yollarının tapılması baxımından universal platforma rolunu oynayacaqdır.

E.Əmirbəyov BSB tərəfindən Ümumdunya sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi çoğrafiya genişlənə bilər. Nümayəndə heyətinin rəhbəri sərginin Azərbaycanda yerli biznes imkanlarının artması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində, yeni sərmayələrin qoyulması və biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacağını bildirib. Onun sözlərinə görə, “Ekspo 2025” Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycana daha çox qonağın gəlməsinə də müsbət təsir göstərəcək.

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster layihənin əsas texniki parametrləri, eyni zamanda BSB-nin qiymətləndirmə missiyasının 2018-ci ilin mart ayında Bakıya səfərinə hazırlıq işlərinin aparılması barədə məlumat verib. P.Foster bildirib ki, “Ekspo 2025 Bakı” sərgisi üçün nəzərdə tutulan ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Paytaxtın davamı hesab edilə biləcək bu məkanın 200 hektar ərazisi var. Ərazinin Azərbaycan Respublikasının Dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcəyi diqqətə çatdırılıb.

P.Fosterin sözlərinə görə, qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik Azərbaycanın ilk dəfə olaraq Ümumdünya Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamı, bacarıq imkanları, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir. Bakı Azərbaycana təşrif buyuran hər bir turist üçün maraqlı, tarixi, gəzib-görməli yer olmaqla yanaşı, eyni zamanda özlərini təhlükəsiz hiss edəcəkləri ən etibarlı şəhərdir. P.Foster noyabrın 14-dən etibarən www.bakuexpo2025.com saytının fəaliyyətə başladığını bildirib. Saytda sərginin həyata keçirilməsi istiqamətində əsas məqamlar öz əksini tapıb.

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi Ekspo mövzusu ilə bağlı video çarxlar nümayiş olunub.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb
“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)
Dövlət rüsumlarının məbləği dəyişdirilir
Ağdamda qazıntı zamanı iki şəxsin sümükləri aşkarlandı - RƏSMİ
Bərdədə erməni terrorunun qurbanları anılıb (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib
Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub
Mingəçevirdə iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Azərbaycanda kapital bazarına investisiyalar artıb
İlbiz terapiyası - üz və bədəndə möcüzə yarada bilir
Gözümün qarşısında beş nəfər həlak oldu - Bərdə terrorunun şahidi
Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar
Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)
Ağdaşda iki şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib (FOTO)
Bakı Fond Birjası "Yaşıl istiqrazlar" buraxmağa hazırdır
Bakıda iki azyaşlı qızına təcavüz edən şəxsə hökm oxundu
Gömrükdən qanunsuz keçirilən 18 kiloqramdan çox qızıl müsadirə edildi
Azərbaycan nefti ucuzlaşıb
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub, il mərasimi keçirilib (FOTO)
Azərbaycan iki ölkədən idxalı məhdudlaşdırıb
Bakı Fond Birjasında "Bravo"nun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib (FOTO)
Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar
Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olunub (FOTO)
Binəqədidə yaşayış binasında yanğın olub
157 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)
Bakıda daha bir şadlıq sarayının rəhbərliyi cərimələnib
Kapital Bank sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
Bakı Ali Neft Məktəbinə 21 nəfər olimpiada qalibi qəbul edilib
İsmayıllıda zəlzələ olub
Zəngilandan verilən mesajlar: Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” əməkdaşlığa başlayır
Türkiyəyə PUA kameralarını satmaqdan itmina edən Kanada şirkəti müflis oldu
İraqda uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəmizə gətirilib - XİN
Dollar üzrə bir faiz gəlirlik vəd edən depozit məhsulu...
Gəncədə evdə dəhşətli yanğın, 3 nəfər yanıb öldü
Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq
Meksika mətbuatı Azərbaycanın 30 illik inkişaf yolundan yazıb (FOtO)
Yaponiyada 4,6 bal gücündə zəlzələ olub
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Türkiyə və ABŞ müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Barselona" 19 ildən sonra ilk dəfə bu kluba məğlub oldu
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib
Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir - Korotçenko
Zəfər xronikası 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr
Abşeronda intihara cəhdin qarşısı alınıb
Avropada COVID-19-a yoluxma və ölüm halları artmaqda davam edir
"Instagram"da yeni funksiya əlavə olunub
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək - Rusiyalı ekspert
Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür - Komitə sədri
Saatlı və Ağcabədidə ev yanıb
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib
MDU ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
AQTİ mütəxəssisləri ictimai iaşə sahələrinin əməkdaşlarına növbəti təlim keçib
ABB-dən hər kəsə nağd pul krediti
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir
Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Türkiyə prezidentinin Qarabağa səfəri bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi - Azər Qarayev
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Silsilə Zəfər tədbirləri keçiriləcək (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı
İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)
Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi (ƏLAVƏ OLUNUB)
Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək
Qaradağda 2-ci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Azərbaycan-Çin hökumətlərarası komissiyasının videokonfrans formatında iclası keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Azərbaycan çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yerini alacaq - Ərdoğan (VİDEO)
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Bütün xəbərlər