...

Xəzəryanı ölkələr gəmilərə nəzarət prinsipini dəyişir

Siyasət Materials 8 Yanvar 2018 15:58 (UTC +04:00)
Xəzəryanı dövlətlər limanlarda gəmilərə vahid dövlət nəzarəti rejimi tətbiq etməyi qərara alıb
Xəzəryanı ölkələr gəmilərə nəzarət prinsipini dəyişir

Bakı. Nigar Quliyeva – Trend:

Xəzəryanı dövlətlər limanlarda gəmilərə vahid dövlət nəzarəti rejimi tətbiq etməyi qərara alıb.

Trend-in məlumatına görə, bu cür vahid yanaşma gəmilərin texniki təhlükəsizliyinin artırılmasına və regionda standartlara cavab verməyən gəmilərin istismarını aradan qaldırmağa imkan verəcək.

Bu addım öz növbəsində dəniz qəzalarının sayının azalmasına, gəmidə heyət və üzvlərinin təhlükəsizliyinin artırılmasına, nəqliyyat vasitələrinin və yüklərin mühafizəsinin gücləndirilməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda Xəzər dənizində 1600 gəmi istimar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti