Bakı. Ləman Zeynalova - Trend:
Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Bolqarıstan Nazirlər Şurasından məlumat verilib.
Qeyd olunub ki, B.Borisov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yanvarın 15-16-da Bakıda rəsmi səfərdə olacaq.
Səfərin proqramı dəqiqləşdirilir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.
İki ölkə arasında həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.