...

Azərbaycan NATO Hərbi Komitəsinin tədbirlərində iştirak edəcək

Siyasət Materials 15 Yanvar 2018 12:25 (UTC +04:00)
Azərbaycan NATO-nun Hərbi Komitəsinin tədbirlərində iştirak edəcək.
Azərbaycan NATO Hərbi Komitəsinin tədbirlərində iştirak edəcək

Bakı. Trend:

Azərbaycan NATO-nun Hərbi Komitəsinin tədbirlərində iştirak edəcək.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti