...

Ukraynadakı Azərbaycan diasporu Türkiyənin Suriyada hərbi əməliyyatlarına dəstək aksiyası keçirib

Siyasət Materials 31 Yanvar 2018 17:41 (UTC +04:00)
Ukraynadakı Azərbaycan diasporu Türkiyənin Suriyada hərbi əməliyyatlarına dəstək aksiyası keçirib.
Ukraynadakı Azərbaycan diasporu Türkiyənin Suriyada hərbi əməliyyatlarına dəstək aksiyası keçirib

Bakı. Trend:

Azərbaycan diasporu Ukraynanın Odessa şəhərində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində terrorçulara qarşı apardığı “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçirib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, aksiya Konqresin Odessa vilayət təşkilatının dəstəyi ilə Türkiyənin bu şəhərdəki Baş konsulluğunun binası qarşısında keçirilib.

Dəstək aksiyasında çıxış edən diaspor fəalları Anar Ağayev və Namiq Talıbov bildiriblər ki, Türkiyə Ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Azərbaycan bütün məsələlərdə olduğu, kimi bu haqq işində də Türkiyənin yanındadır.

Qeyd olunub ki, Türkiyənin Suriyanın şimalında apardığı əməliyyat terrora qarşı mübarizədir. Bu gün terrordan bir çox Avropa ölkələri, o cümlədən Azərbaycan əziyyət çəkir. Neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalıb.

Dəstək aksiyasında “Terrorizmə yox!”, “Türkün türkdən başqa dostu yoxdur!”, “Bir millət, iki dövlət” şüarları səsləndirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti