...

Əflatun Amaşov: Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır

Siyasət Materials 30 Mart 2018 17:17 (UTC +04:00)

Bakı. Trend:

Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə və həmin şəxsin guya jurnalist olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə.Amaşov qeyd edib: "Yayılmış informasiyalarda, həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rəhim Namazov adlı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır".

Şura sədri əlavə edib ki, xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var:

"Çox güman ki, R.Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti