...

Konstitusiya Məhkəməsinin sədri: Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır

Siyasət Materials 20 İyun 2018 10:42 (UTC +04:00)
Güman edirəm ki, Azərbaycanda hüquqi dövlətin inkişafı bizim müstəqil siyasətimizlə bağlıdır.
Konstitusiya Məhkəməsinin sədri: Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Güman edirəm ki, Azərbaycanda hüquqi dövlətin inkişafı bizim müstəqil siyasətimizlə bağlıdır.

Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün çox əlamətdar il olub. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə bir çox tədbirlərin baş tutduğunu xatırladan F.Abdullayev deyib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin keçirilməsi də bizim üçün böyük fəxrdir: "Müstəqilliyi qoruyub saxlamaq Ulu Öndər Heydər Əliyev tərəfindən görülən çox böyük işlərdən biridir. Azərbaycan Konstitusiyasının qəbulu da Heydər Əliyevin şah əsərlərindən biri olub. Konstitusiyada da bu öz əksini tapıb ki, dövlətin əsas vəzifəsi Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdır".

F.Abdullayevin sözlərinə görə, hər bir dövlətin öz çətinlikləri var və Azərbaycan da bu baxımdan istisna deyil: "Biz çalışırıq ki, Konstitusiyanın müddəaları daha anlaşıqlı başa düşülsün. İnsan hüquq və azadlıqlarının təmin edilməsində ombudsman təsisatının rolu böyükdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti