Prezident İlham Əliyev: Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir

Prezident İlham Əliyev: Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir

Bakı. Trend:

Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Sabahınız xeyir olsun. Sizi Şəki “ASAN Həyat” Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Mən çox şadam ki, Şəki şəhərində belə gözəl Kompleks yaradılıb və işə başlayıbdır. Burada Şəki gəncləri üçün iş yerləri yaradılıbdır. Sizə 190 iş yeri təqdim edilir. Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti gənclərdir, o cümlədən qızlardır. Eyni zamanda, mənə verilən məlumata görə, Kompleksdə 50 könüllü fəaliyyət göstərəcək. Beləliklə, vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT ictimai xidmətlər üzrə “ASAN xidmət”ə xüsusi mükafat təqdim etmişdir. Bildiyiniz kimi, bu təcrübə bir neçə ölkədə öyrənilir və “ASAN xidmət” üzrə bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb. Bu, onu göstərir ki, bu xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu, bizi çox sevindirir, çünki bu, bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir".

Prezident İlham Əliyev qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi:

"Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Ancaq bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu, onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.

“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır".

Dövlət başçısı qeyd edib ki, “ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir:

"Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni - özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun - Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük".

Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün bölgələrdə çox böyük quruculuq, abadlıq işləri aparılır, o cümlədən Şəki rayonunda:

"Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir. Deyə bilərəm ki, son illər ərzində görülən işlər nəticəsində qazlaşdırma 82 faizə çatıbdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Şəkidə 87 meqavat gücündə elektrik stansiyası tikilmişdir. İndi biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğuluq. Mən göstəriş vermişəm ki, bu layihənin icrası daha da sürətlə getsin.

Bu gün biz kənd yolu layihəsinin açılışını qeyd etdik. Komplekslə üzbəüz Şəki Rayon Mərkəzi Xəstəxanası yerləşir. Mən o xəstəxananın açılışında şəxsən iştirak etmişəm. Olimpiya Kompleksi, 30-dan çox məktəb tikilib, təmir edilib və bir çox istirahət zonaları, otellər fəaliyyət göstərir. Şəki indi beynəlxalq turizm mərkəzinə çevrilir. Təbii ki, turistləri Şəkiyə cəlb edən bir çox amillər var – Şəkinin tarixi, memarlığı, mətbəxi, Şəki sənətkarlarının əl işləri və şəkililərin qonaqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətlə inkişaf etdirək, bu günə qədər öz həllini tapmamış bütün məsələləri həll edək.

Şəki-Balakən yolunun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yolunun açılışını etmişəm. İndi Bakı-Şəki yolunun tam işə salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə - həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq əksəriyyəti çox gözəl səviyyədədir. Yəni, gələcəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək. Bu səfər nəticəsində Şəki şəhərində 960 şagird yerlik yeni məktəbin, 48 mənzilli evin tikintisi ilə bağlı sərəncam imzalanacaqdır. Digər layihələr icra ediləcək. Şadam ki, Şəki şəhərində gözəl “ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Vətəndaşlara yaxşı xidmət göstərin. Sağ olun".

Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
Loading Bars
Xəbər lenti
Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev
Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb - İran parlamenti
Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu
Düşmən kvadrokopteri məhv edilib - MN
Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edildi
Azəribaycan Prezidenti: Ermənistan istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar
Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi bizə dəstək göstərdilər
Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə
Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! (VİDEO)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi
Prezident İlham Əliyev: Axıra qədər gedəcəyik
Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən Ermənistana silah göndərilir
Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker
Prezident İlham Əliyev xarici jurnalistlərin sualları haqqında: Sual vermir, elə bil ki prokurordur, ittiham edir bizi
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Daşkəsən meşəsində yanğın davam edir - FHN (FOTO)
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq - Rus icmasının rəhbəri
Prezident İlham Əliyev: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı
Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi! - Azərbaycan əsgəri (VİDEO)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)
Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur (FOTO)
Pakistan Fransaya etiraz notası verib
Azərbaycan Prezidenti: Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir - Deputat
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
Ermənistan heç zaman sülh tərəfdarı olmayıb - Sevil Mikayılova "TRT World" telekanalına müsahibə verib (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir - Naqif Həmzəyev
Karantini pozaraq məclis təşkil edən ev sahibi və qonaqları cərimələndi (FOTO)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb
Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu
Xudafərin körpüsünün yaxınlığında xüsusi iqtisadi zona yaratmaq olar - Ekspert
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
Prezident İlham Əliyev Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb
Dmitri Solntsev 2-ci Şəhidlər Xiyabanında dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB 3)
Dayım döyüşlərdə şücaəti ilə seçilib, mən də vətən üçün canımdan keçməyə hazıram - Şəhid Dmitri Solntsevin bacısı oğlu
“İctimai Liderlər Platforması” ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb
Koronavirusa yoluxan bəzi cavanlar əsl infeksiya mənbəyi olurlar - TƏBİB xəbərdarlıq edir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı
Ağcabədi rayonu atəşə tutulub - MN
Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb (FOTO)
Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır - MN
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - MN
Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr
İlahiyyat İnstitutunun kollektivi və tələbələri “Əsgərə məktub online” layihəsinə qoşulub
Cəlilabadda qanunsuz at əti aşkarlanıb
Floridada Gəncədəki terror aktlarına etiraz aksiyası keçirilib (FOTO)
Pərvin Kərimzadə: Ermənistan məğlubiyyəti ilə barışmalıdır
Əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır – Deputat
Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı üçün işlər aparılır (FOTO)
Bütün xəbərlər