Lukaşenko: Belarus və Azərbaycan xalqlarının dostluğu ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir

Lukaşenko: Belarus və Azərbaycan xalqlarının dostluğu  ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir

Bakı. Trend:

Belarus və Azərbaycan xalqlarının dostluğu ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir.

Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

Aleksandr Lukaşenko qeyd edib ki, bu il Belarus və Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edilib:

"Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəlmişik. Əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb. Dövlətlərarası etimadın yüksək səviyyədə olması təsadüfi deyil. Bunun əsasını Belarus və Azərbaycan xalqlarının qədim dostluq ənənələri təşkil edir. Bu, hətta ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir. Vurğulamalıyam ki, Belarus ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir. Azərbaycan ilə əmtəə dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, onun həcmi optimal səviyyədən uzaqdır. Bu gün biz Prezidentlə bu barədə xeyli söhbət etdik. Biz əmtəə dövriyyəsinin artırılması üçün potensialın olduğunu görürük. İqtisadiyyatın inkişafına Prezidentlə bizim baxışlarımızın oxşar olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb. Belarusda maşınqayırmanın flaqmanları olan Minsk traktor zavodu, Minsk avtomobil zavodu, habelə Gəncə avtomobil zavodu bu işin layiqli nümunəsini nümayiş etdiriblər. Gəncədə artıq 10 mindən çox traktor və 3500 vahid avtotexnika yığılıb.

Bu gün biz əməkdaşlığın prinsipcə yeni mərhələsinə - üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsinə başlamağa hazırıq. Vaxtilə biz bu barədə yalnız arzu edirdik. Minsk və Gəncə zavodlarının iştirakı ilə Türkiyə üçün traktorların buraxılışı layihəsi yüksək hazırlıq səviyyəsindədir. Gələcək məhz bu cür təşəbbüslərindir, onlara istiqamətlənmək lazımdır. Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi və onların orada yığılması kimi istiqamətlər üzrə perspektivlər var. Biz vaxtilə öz kombaynlarımızın istehsalı barədə qərar qəbul etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını yaratmağa və hətta Azərbaycandan daha çox üçüncü ölkələr üçün işləməyə hazırıq. Ona görə ki, sizin qonşularınızın bu texnikaya ehtiyacı Azərbaycanın özünün ehtiyacından xeyli çoxdur. Odur ki, biz MAZ və MTZ prinsipləri üzrə bu texnikanın Azərbaycanda birgə istehsalı ilə məşğul olmağa hazırıq.

Bundan əlavə, aqrar sahədə əlaqələri genişləndirmək, ərzaq məhsullarının qarşılıqlı satışını artırmaq lazımdır. Azərbaycan istehlakçısının bizim süd, ət, balıq məhsullarımıza, qənnadı məmulatlarımıza tələbatı var. Beynəlxalq ticarət ikitərəfli ticarətdir. Buna görə də Belarus bazarında sizin malların artırılmasına maraq var. Bu gün Prezident baş çəkdiyi Ticarət Evi haqqında danışdı. Gələcəkdə bu şəbəkəni inkişaf etdirərək vilayət mərkəzlərinə keçmək nəzərdə tutulur. Tanrının izni ilə, bu mağazalar və bu ticarət evləri sizin məhsullarla dolu olacaq. Həmin məhsulları təkcə belaruslar almır. Ukrayna hadisələri ilə əlaqədar bütün axınlar Belarusdan keçir, Azərbaycan məhsullarına çox böyük tələbat var. Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti bacaran ən yaxşı adamlardır, mən bunu həmişə etiraf etmişəm. Bunu necə etməyi biz sizdən öyrənməliyik. Bununla əlaqədar keçən il Minskdə Ticarət Evi açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış artımı istiqamətləri üzrə təklifləri bundan sonra da dəstəkləmək niyyətindəyik.

Siz lap yaxın vaxtlarda Türkiyədə neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı sərmayədarların Belarusa gəlişinə şad olarıq və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırıq. İndi Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir. Biz bu cür səyləri alqışlayırıq.

Nəqliyyat-logistika sahəsində xeyli ehtiyatlar var. Məsələn, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması və “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü çərçivəsində dəmir yollarının çəkilişi. Biz həmin layihələrə bu və ya digər şəkildə qoşulmuşuq. Fikrimcə, əczaçılıq üzrə birgə müəssisələrin yaradılması, habelə informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət sahələrində səylərin əlaqələndirilməsi perspektivli olacaq. Biz Azərbaycan üçün, özü də sizə lazım olacaq bütün ixtisaslar üzrə lazımi qədər kadrlar hazırlanmasını davam etdirmək əzmindəyik. O cümlədən sizin xilasedicilərin Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması yolu ilə.

Hüquq-mühafizə strukturlarının, sosial-müdafiə qurumlarının, aqrokompleksin, xüsusi rabitə və informasiyalaşdırma sahələrinin əməkdaşları arasında ənənəvi sıx və fəal ikitərəfli əlaqələr dəstəklənir. İmzalanmaq üçün hazırlanmış sazişlər bizim əməkdaşlığımızı daha da səmərəli edəcək. Belarus ikinci Avropa Oyunlarının müdiriyyəti ilə əməkdaşlıq edən azərbaycanlı məsləhətçilərə, Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Gələn il keçiriləcək Oyunların təşkili məsələsində göstərdiyiniz fəal köməyə və dəstəyə görə sizə təşəkkür edirəm və təbii ki, sizin hamınızı həmin Oyunlarda gözləyirik.

Bir daha vurğulayıram, Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaş olub və olaraq qalır. Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırıq. Bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur. Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq. Biz bütün dünya üçün səmimi və açığıq, bizim qarşılıqlı münasibətlərimiz də elədir.

Hörmətli İlham Heydər oğlu, Sizi və nümayəndə heyətinizin üzvlərini Belarus torpağında bir daha salamlayıram. Bilin ki, siz bizim üçün həmişə arzu edilən qonaqlarsınız. Təşəkkür edirəm".

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Loading Bars
Xəbər lenti
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Ceyranbatan su kanalında batmış 18 yaşlı qızın meyiti tapılıb
ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb
Saatlıda yas mərasimi aşkar edilib
Prezident İlham Əliyev: Ermənilər nəhəng istehkam tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib
Azərbaycan nefti bahalaşır
Milli Məclisin növbəti plenar iclası başlayıb
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb
Həftəlik hava proqnozu açıqlanıb
Bərdədə ad günü keçirənlər saxlanılıb
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Dağıntılar Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan mədəniyyətinin irsini silmək üçün törədilib
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır
Bərdədə yas mərasimləri aşkar edilib
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Salyanda yol polisi reyd keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq
Nöqsanlar aşkarlanan bu restoran bağlandı (FOTO)
Prezident İlham Əliyev: Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır (YENİLƏNİB)
Azərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub (FOTO)
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Küçədə 8 koronavirus xəstəsi saxlanılıb, 3 nəfərə cinayət işi açılıb
Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edib (FOTO/VİDEO)
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)
Siyəzəndə gənc qız kanalda batıb
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 016 nəfər yoluxub
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır
Türkiyədə son sutkada koronavirusdan 41 218 nəfər sağalıb
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Bütün xəbərlər