• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Prezident İlham Əliyev: Azərbaycana turizmdən daxil olan vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir

12 Fevral 2019 23:34 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycana turizmdən daxil olan vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, turizm hər bir ölkə üçün çox önəmli bir sahədir: "Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir: "Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır".

Prezident əlavə edib ki, təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı: "Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox.

Biz xidmət sektorunda bundan çox böyük xeyir götürürük. Azərbaycanı dünyada tanıtmaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • İlham Əliyev
Digər xəbərlər
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb
Siyasət 21 Fevral 17:44
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdü artırılıb
Siyasət 21 Fevral 17:31
Prezident İlham Əliyev Ağdamda avtomobil yolunun tikintisinə 2,3 milyon manat ayırıb
Siyasət 21 Fevral 14:05
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
Siyasət 21 Fevral 12:54
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Siyasət 21 Fevral 10:53
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
Siyasət 20 Fevral 15:58
Xəbər lenti
Los-Ancelesdə son 50 ildə ilk dəfə qar gözlənilir
Dünya xəbərləri 07:15
Kamçatka sahillərində sutka ərzində iki zəlzələ qeydə alınıb
Dünya xəbərləri 06:37
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 176-ya çatıb
Dünya xəbərləri 06:00
Yaponiyanın şimalında zəlzələ nəticəsində xəsarət alanlar olub
Dünya xəbərləri 05:25
İsveçrə Konfederasiyasının Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
İqtisadiyyat 04:38
Putin və Netanyahu arasında keçiriləcək görüşün vaxtı dəyişib
Dünya xəbərləri 04:19
Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib
Mədəniyyət 03:43
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
Dünya xəbərləri 03:21
Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 02:49
Ən çox oxunanlar
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Depressiya beyini 10 il tez qocaldır
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Nəzər nöqtəsi
Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Bəhruz Quliyev: Radikal və dağıdıcı təfəkkürə malik müxalif liderlər üçün qanun hər zaman arxa planda olub.
Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir
Ekspert: Prezident İlham Əliyevin imzaladığı yeni fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri