Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı yeni binanın təməlini qoydu.
Sonra inşaatçılarla xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər.