...

Azərbaycan hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 1 Aprel 2019 13:22 (UTC +04:00)
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib.
Azərbaycan hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşğələlər zamanı zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra ediblər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti