...

Azərbaycan-Türkiyə birgə layihəsinin yekunlaşacağı VAXT

Siyasət Materials 8 Aprel 2019 21:33 (UTC +04:00)
Türkiyənin Qars şəhərində logistika mərkəzinin tikintisi ilə bağlı Azərbaycanla birgə reallaşdırılan işlər bu ilin sonunadək başa çatacaq
Azərbaycan-Türkiyə birgə layihəsinin yekunlaşacağı VAXT

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Qars şəhərində logistika mərkəzinin tikintisi ilə bağlı Azərbaycanla birgə reallaşdırılan işlər cari ilin sonunadək başa çatacaq.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, logistika mərkəzinin tikintisində heç bir ləngimə yoxdur.

Nazirlikdən bildiriblər ki, bu mərkəz ölkənin şərqindəki ən vacib logistika mərkəzlərindəndir:

"Qarsdakı logistika mərkəzi regionun inkişafına xidmət göstərəcək".

Qeyd edək ki, Qars logistika mərkəzi 300 min kvadrat metr sahədə tikilir. Hər il bu mərkəz vasitəsilə 412 min ton yük daşınması planlaşdırılır.

Logistika mərkəzinin ərazisində 16 kilometr uzunluğunda dəmiryol xətti tikiləcək və bu xətt Qars-Ərzurum dəmir yoluna birləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti