...

Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silah və hərbi texnikaya baxış keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 24 Aprel 2019 11:21 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silah və hərbi texnikaya baxış keçirilib
Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silah və hərbi texnikaya baxış keçirilib (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti