...

Elmar Məmmədyarov: Azərbaycan və Xorvatiya əməkdaşlığı möhkəmləndirməlidir (YENİLƏNİB)

Siyasət Materials 29 Aprel 2019 13:36 (UTC +04:00)
Azərbaycan və Xorvatiya nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməlidir.
Elmar Məmmədyarov: Azərbaycan və Xorvatiya əməkdaşlığı möhkəmləndirməlidir (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Xorvatiya nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriçlə birgə mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, iki ölkə arasında 2013-cü ildə strateji əməkdaşlıq haqqında saziş imzalanıb:

“Biz bu gün bu məsələ ilə bağlı müzakirələr apardıq. İkitərəfli ticarət dövriyyəsinin həcmi çox böyük deyil. Biz bu həcmin artırılması yollarını nəzərdən keçirdik".

E.Məmmədyarov qeyd edib ki, Xorvatiya “Cənub Qaz Dəhlizi” vasitəsilə qaz əldə edəcək: "Biz bu məsələ ilə də bağlı fikir mübadiləsi apardıq".

O, həmçinin vurğulayıb ki, Xorvatiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında nizamlanması ilə bağlı mövqeyini dəfələrlə ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti