...

UNESKO-nun Bakı iclasında vyetnamlı nümayəndə: Azərbaycan çox tolerant ölkədir

Siyasət Materials 1 İyul 2019 15:20 (UTC +04:00)
Azərbaycanın dünya mədəniyyətinin qorunmasına töhfəsi böyükdür
UNESKO-nun Bakı iclasında vyetnamlı nümayəndə: Azərbaycan çox tolerant ölkədir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanın dünya mədəniyyətinin qorunmasına töhfəsi böyükdür.

Trend-in məlumatına görə, bunu Hanoy Dostluq Cəmiyyətləri İttifaqının sədr müavini Tran Ngia Hoa Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində deyib.

Vyetnam nümayəndəsi bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub: “Azərbaycan çox tolerant ölkədir. Burada fərqli xalq və mədəniyyətlərin nümayəndələri yaşayır”.

İttifaqın sədr müavini əlavə edib ki, Azərbaycan qədim tarixi və mədəniyyəti olan fəal ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti