...

Qoruqların ərazilərini idarə etmək üçün yeni sistem yaradılacaq

Siyasət Materials 17 İyul 2019 10:27 (UTC +04:00)
Qoruqların ərazilərini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaradılacaq.
Qoruqların ərazilərini idarə etmək üçün yeni sistem yaradılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Qoruqların ərazilərini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaradılacaq.

Trend-in məlumatına görə, bu, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə əsasən, beynəlxalq təcrübəni nəzərə almaqla, qoruqların ərazilərini idarə edilməsi sahəsində elmi-texniki nailiyyətlər tətbiq ediləcək.

Bununla yanaşı, mərkəz öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti