...

Viza rejiminin ləğvi Ankara və Bakı arasında qardaş münasibətlərinin təzahürüdür - Türkiyəli deputat

Siyasət Materials 26 İyul 2019 13:50 (UTC +04:00)
Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi Ankara və Bakı arasında qardaş münasibətlərinin təzahürüdür.
Viza rejiminin ləğvi Ankara və Bakı arasında qardaş münasibətlərinin təzahürüdür - Türkiyəli deputat

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi Ankara və Bakı arasında qardaş münasibətlərinin təzahürüdür. Trend-in məlumatına görə, bunu Türkiyə Parlamentinin deputatı Yaşar Qaradağ deyib.

Deputatın sözlərinə görə, Türkiyə və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir və bütün istiqamətlərdə inkişaf etməkdədir.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlandığını təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti