Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün İsveçin Stokholm şəhərinə yola düşüb.
Trend-in məlumatına görə, səfər çərçivəsində millət vəkilləri “Parlamentlərin rolu və deputatlar, dialoq və plüralizm”, “Şərq Tərəfdaşlığının 10-cu ildönümü” adlı panel iclaslarda içtirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər noyabrın 7-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edəcək.