Bakı. Ləman Zeynalova - Trend:
ATƏT Minsk qrupunun həmsədrləri dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada ATƏT üzv ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında məsləhətləşmələr keçirəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ məsələsi son illərdə daim ATƏT məkanında müzakirə olunur:
“Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında da məsləhətləşmələr planlaşdırılıb. Söhbət xüsusi tapşırıq üzrə səfirlər səviyyəsində məsləhətləşmələrdən gedir”.